cialis

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası öz sıralarında könüllülük əsasında idmançıları, məşqçiləri, hakimləri, muxtar respublikada atıcılıq idmanının inkişafında marağı olan idman təşkilatlarını, klub və komandaları birləşdirən ictimai təşkilatdır.

Federasiya öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununu, digər normativ hüquqi aktları və öz nizamnaməsini rəhbər tutur.

Federasiyanın fəaliyyətinin əsas məqsədi Naxçıvan Muxtar Respublika­sın­da atıcılıq idman növünün inkişaf etdirilməsi, onun təbliği və genişləndirilməsindən ibarətdir. Bu məqsədlərə çatmaq üçün əsas hədəflər sıralara yeni üzvlərin cəlb olunmasından, regional və beynəlxalq  təşkilatların sıralarında iştirakdan, üzvlər arasından  yüksək  dərəcəli idmançıların, məşqçilərin, hakimlərin və digər mütəxəssislərin yetişdirilməsindən, onların peşə ustalığının artırılmasından, ölkə və beynəlxalq miqyaslı yarış, turnir və çempionatlarda iştirakın təmin olunmasından ibarətdir.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının  stend, sporting, TİR atıcılığı, oxçuluq, peyntbol meydançalarını özündə birləşdirən müasir Atıcılıq Mərkəzi, Naxçıvan şəhərində Atıcılıq və Əyləncə Mərkəzi, Naxçıvan şəhərində "Qələbə" və "Hədəf", Şərur şəhərində "Ümid", Culfa şəhərində "Uğur", Kəngərli rayonunun Qıvraq qəsəbəsində "Zəfər" adlı  idman klubları, rayonlarda TİR mərkəzləri fəaliyyət göstərir.  


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ