cialis

Naxçıvan Muxtar Respublikasında gənc­lərin atıcılıq idman növünə marağının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyətinin gücləndirilməsi, yeni atıcılıq mərkəzlərinin və ...

Ətraflı...

Naxçıvan Muxtar Respublikasında uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılmışdır. Məhz bu sahədə görülən işlərin məntiqi davamı olaraq tikilən Naxçıvan ...

Ətraflı...

Peyntbol – xüsusi rənglərlə dolu şarların istifadəsi ilə hərbi şəraitdə keçirilən komanda oyunudur. Bu oyunun ən böyük üstünlüyü hərbi və milli ruhu gücləndirməklə yanaşı, gənclərin çox böyük marağına səbəb olmasıdır. Əsasən komanda şəklində oynanılan bu ...

Ətraflı...

Xəbərlər

  • Qalereya
  • Perspektivli idmançılarımız
  • Keçidlər
  • Naxçıvanda turizm

Naxçıvan Muxtar Respublikasında uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılmışdır. Məhz bu sahədə görülən işlərin məntiqi davamı olaraq tikilən Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzi 2013-cü ilin dekabr ayının 7-də istifadəyə verilmişdir. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qeyd etmişdir ki, ölkəmizdə idmanın inkişafı sahəsində çoxşaxəli tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi bir ölkəyə çevrilmişdir. Son illər Naxçıvan Muxtar Respublikasında da idman infrastrukturunun inkişafı sahəsində ardıcıl tədbirlər görülmüş, müxtəlif idman növləri üzrə federasiyalar yaradılmışdır. Artıq muxtar respublikada beynəlxalq idman yarışları keçirilir, idmançılarımız ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda uğurla çıxış edirlər.

Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada idman federasiyaları yaradılarkən onların qarşısında gənc idmançıların yetişdirilməsi ilə yanaşı, idmanın kütləviliyinə nail olmaq da əsas vəzifə kimi qoyulmuşdur. Çünki idmanın kütləviliyinin təmin olunması fiziki cəhətdən sağlam gənc nəslin yetişdirilməsində vacib amildir. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyətə başlaması və onun Atıcılıq Mərkəzinin yaradılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Mərkəzdə gənclərin atıcılıq idman növləri ilə məşğul olmaları üçün hər cür şərait vardır. Burada stend və sportinq atıcılığı ilə yanaşı, əyləncəli idman növlərinə də üstünlük verilmiş, tir, peyntbol və digər sahələr istifadəyə verilmişdir. Bu da gənclərin asudə vaxtının səmərəli təşkilinə şərait yaradacaqdır. Eyni zamanda quraşdırılan müasir avadanlıqlar mərkəzdə beynəlxalq yarışların keçirilməsinə, ərazinin düzgün seçilməsi isə təhlükəsizlik qaydalarına tam əməl edilməsinə imkan verəcəkdir”.

Ali Məclisin Sədri onu da qeyd etmişdir ki, "bu gün Azərbaycan müharibə şəraitində yaşayır. Ona görə də ölkəmizdə, eləcə də muxtar respublikada gənclərin hərbi vətənpərvərlik ruhunda böyüdülməsi, onlara ilkin hərbi vərdişlərin öyrədilməsi və ordu sıralarına hazırlanması vacib məsələdir. Bu baxımdan atıcılıq idman növünün inkişafı mühüm əhəmiyyət daşıyır. Atıcılıq Mərkəzində bütün bunlar nəzərə alınmış, hərbi-idman oyunlarının və təlimlərinin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Muxtar respublikanın ümumtəhsil məktəblərinin və Heydər Əliyev adına Hərbi Liseyin Atıcılıq Federasiyası ilə əlaqələri genişləndirilməli, təlimlər təşkil edilməli, şagird və kursantlara silahdan istifadə qaydaları öyrədilməli, onların ilkin hərbi hazırlıq səviyyələrinin yüksəldilməsi diqqət mərkəzində saxlanılmalıdır. Qısa müddətdir, fəaliyyət göstərməsinə baxmayaraq, hazırda federasiyanın 300-dən artıq üzvü vardır. Atıcılıq Federasiyası bundan sonra da gənclərin bu idman növünə marağının artırılması sahəsində fəaliyyətini gücləndirməli, kütləvilik təmin olunmalıdır”.

Ali Məclisin Sədri Atıcılıq Mərkəzinin fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.

Qeyd edək ki, Atıcılıq Mərkəzində inzibati bina, iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi vardır. İnzibati binada qeydiyyat, silah və digər otaqlar yerləşir. Mərkəz ən müasir silah və avadanlıqlarla təchiz olunmuşdur. Burada atıcılığın stend və sportinq növləri ilə məşğul olmaq üçün silahlar, eləcə də qulaqcıq, gözlük və qoruyucu jiletlər alınmışdır. Mərkəzdə silahla davranış qaydalarına və təhlükəsizliyin təmin olunmasına xüsusi fikir verilir. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilmiş, atış meydançalarında stendlər qoyulmuşdur. Təhlükəsizliyin təmin olunması üçün ərazidə müşahidə kameraları və yanğından mühafizə məntəqələri yaradılmışdır.

Stend və sportinq atıcılığı meydançaları bütün texniki inventarlarla təchiz olunmuşdur. Burada beş ayrı nöqtədə uçan hədəf aparatları quraşdırılmışdır. Elektron sistem vasitəsilə idarə olunan aparatlardan saniyədə 15-42 metr sürətlə atılan hədəflərin atış sürəti idmançıların istəyinə uyğun olaraq nizamlanır.

Atıcılıq Mərkəzinin ərazisində oxçuluq idman növü ilə də məşğul olmaq üçün hədəflər quraşdırılmış, ox və yay alınmışdır. Ox meydançasında atışlar eyni zamanda iki xətt üzrə həyata keçiriləcəkdir. Burada tir meydançası da istifadəyə verilmiş, bu məqsədlə silah alınmış, 10 və 25 metrlik məsafələrdə tirlər quraşdırılmışdır. Mərkəzdə eni 54, uzunluğu isə 93 metr olan Peyntbol meydançası yaradılmış, ikihissəli 150 yerlik tribuna inşa olunmuşdur. Tribunanın bir hissəsi peyntbol, bir hissəsi isə stend və sportinq yarışlarının izlənilməsi üçün nəzərdə tutulmuşdur.
Mərkəzdə hərbi-idman oyunlarının keçirilməsi üçün də şərait yaradılmış, açıq idman qurğuları və müvafiq maneələr düzəldilmişdir. Bu da məktəblilərin ordu sıralarına xidmətə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Mərkəzin ərazisində kafe fəaliyyətə göstərir..

Qeyd edək ki, Muxtar Respublika Atıcılıq Federasiyası Naxçıvanda idmanın bu növünün inkişafında mühüm əhəmiyyətə malikdir. Federasiyasının Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Culfa və Kəngərli rayonlarında da klubları fəaliyyət göstərir. 

 

 

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ