cialis

Xəbərlər

30.09.2020

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının üzvləri arasında peyntbol üzrə birincilik keçirilib.

Peyntbol idman növünün gənclər arasında təbliğ edilməsi və bu idman növünün kütləviliyinə nail olunması, federasiyalar arasında dostluq əlaqələrinin gücləndirilməsi, ən yaxşı atıcıların müəyyən edilməsi, idmançıların və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə edilməsi məqsədilə keçirilən yarışı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyası birgə təşkil ediblər. 

Gərgin idman mübarizəsi ilə yadda qalan birincilikdə 60 idmançı iştirak edib. Yekun nəticələrə əsasən Atıcılıq federasiyasının komandası bütün rəqiblərini üstələyərək yarışın qalibi olub. Karate-do və Voleybol federasiyalarının komandaları isə II və III yerlərə sahib çıxıblar.

Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.  


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ