cialis

Xəbərlər

 

 

 

Mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə peyntbol üzrə muxtar respublika açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilikdə muxtar respublikanın bütün şəhər və rayonlarından 8, idman federasiyalarından 12, ümumilikdə 20 komanda iştirak edib. Atıcılıq Mərkəzinin yeni istehkamlarla yenilənmiş Peyntbol meydançasında keçirilən yarışın qalibi olimpiya sistemi əsasında müəyyənləşib. Həlledici qarşılaşmada Voleybol və Basketbol federasiyalarının komandaları üz-üzə gəlib. Daha inamlı oyun nümayiş etdirən voleybolçular peyntbol üzrə muxtar respublika açıq birinciliyinin qalibi olub. Paralimpiya federasiyasının komandası isə üçüncü yerə sahib çıxıb. Qaliblərin mükafatlandırılması mərasimində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarovla, Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli idman sahəsinə göstərilən dövlət qayğısından bəhs edərək qeyd ediblər ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi - Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın imkişafına xüsusi önəm verilir. Bildirilib ki, yenilənən və müasirləşən atıcılıq idman infrastrukturu, keçirilən yarışlar əhalinin müxtəlif yaş qruplarının, əsasən də gənclərin bu idman növünə marağını artırıb. Bu tipli mərkəzlərin yaradılması gənc nəslin vətənpərlik ruhunda yetişdirilməsində önəmli rola malikdir. Yaradılan şərait imkan verir ki, Naxçıvan gələcəkdə atıcılıq idman növləri üzrə beynəlxalq turnirlərə ev sahibliyi etsin. Sonra qalib komandalara mükafatlar təqdim edilib. İlk üçlükdə qərarlaşan komandalar diplom, kubok və hədiyyələrlə təltif olunublar. Əlavə olaraq komandalara peyntbol mərmiləri hədiyyə edilib.

 

 

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ