cialis

Xəbərlər

21 May tarixində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Vətən naminə” hərbi-idman oyunu keçirilib. Oyunun keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərmək, gənclər arasında döyüş qabiliyyətinin artırılması və özünümüdafiə vərdişlərinin formalaşdırılmasıdır.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilən oyun atıcılığın tir və peyntbol növləri üzrə təşkil olunub. Oyunda ümumilikdə 6 komanda və hər komandada 6 nəfər iştirak edib.
Yadda qalan oyunun yekun nəticələrinə əsasən Naxçıvan Dövlət Universitetinin komandası bütün rəqiblərini üstələyərək yarışın qalibi olub. Naxçıvan Tibb Kolleci və Naxçıvan Müəllimlər İnstitutunun komandaları isə II və III yerlərə layiq görülüb.
Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom, kubok və fəxri fərmanlar təqdim olunub.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ