cialis

Xəbərlər

 

 

 

İyun ayının 25-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının və Naxçıvan Dövlət Universitetinin  birgə təşkilatçılığı ilə “26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibətilə atıcılığın TİR növü üzrə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Gənclər arasında döyüş qabiliyyətinin artırılması, müdafiə vərdişlərinin formalaşdırılması, bu idman növünün kütləviliyinə nail olunması məqsədilə keçirilən birincilik Naxçıvan Dövlət Universitetinin Atıcılıq Mərkəzində təşkil olunub. Birincilikdə 6 komandanın tərkibində 12 idmançı (bir qız, bir oğlan) mübarizə aparıb. Yarışın nəticələrinə görə Naxçıvan Texniki Kollecin komandası ümumi hesabla 57 xal toplayaraq birinci yerin sahibi olub. Naxçıvan Tibb Kollecinin komandası 44 xalla ikinci yerə, Naxçıvan Dövlət Universitetinin komandası isə 32 xal toplayaraq üçüncü yerə layiq görülüblər. Birincilikdə I, II, III yerləri tutmuş komandalar Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının kubok və diplomları ilə mükafatlandırılıb. 

 

 

 

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ