cialis

Xəbərlər

İyul ayının 16-da Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublika sakinləri arasında atıcılığın TİR növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib.
Gənclər arasında döyüş qabiliyyətinin artırılması, müdafiə vərdişlərinin formalaşdırılması, bu idman növünün kütləviliyinə nail olunması məqsədilə keçirilən birincilik Naxçıvan şəhərində İstiqlal küçəsi-95 ünvanında yerləşən Atıcılıq və Əyləncə Klubunda təşkil olunub.
40 nəfərin iştirak etdiyi birinciliyin yekun nəticələrinə əsasən Kəngərli rayon Böyükdüz kənd sakini Elxan Rzayev 44 xalla birinci yerə layiq görülüb. 39 xal toplayan namizədlər arasında təkrar mübarizə davam edib. Gərgin mübarizədə rəqibini üstələyən Şərur şəhər sakini Mahmud Vəliyev ikinci, az hesab fərqilə Babək şəhər sakini Əjdər Mustafayev üçüncü olub.
İlk üçlükdə qərarlaşan iştirakçılara birinciliyin xatirə suveniri, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının hədiyyə kuponları və diplomları təqdim edilib.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ