cialis

Xəbərlər

İyulun 29-da Şərur rayon Atıcılıq Klubunda, Şərur rayonunun təşkilat və idarə əməkdaşları arasında atıcılığın TİR növü üzrə açıq birincilik keçirilib. Birinciliyin keçirilməsində məqsəd muxtar respublikanın rayonlarında bədən tərbiyəsi və idman kollektivlərində bu idman növünün təbliğ edilməsi, ən yaxşı atıcıların müəyyənləşdirilməsindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onların döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılmasından ibarət olub.
Şərur Rayon Gənclər və İdman İdarəsinin və “Ümid” Atıcılıq İdman Klubunun təşkilatçılığı ilə keçirilən birincilikdə 15 idmançı qalib adı uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə İsrafil Cəfərov I, Ədalət Quliyev II, Teymur Novruzov isə III yerin sahibi olublar.
Qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıb.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ