cialis

Xəbərlər

Atıcılıq idman növlərinin kütləviliyinə nail olunması istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamı kimi Şərur rayon Atıcılıq Klubunda, gənclər və yeniyetmələr arasında atıcılığın TİR növü üzrə açıq birincilik keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd rayonda bədən tərbiyəsi və idman kollektivlərində bu idman növünə marağın artırılmasından, gənclərin ilkin döyüş qabiliyyətlərinin və müdafiə vərdişlərinin formalaşdırılmasından ibarətdir.
Şərur Rayon Gənclər və İdman İdarəsinin və “Ümid” Atıcılıq İdman Klubunun təşkilatçılığı ilə keçirilən birincilikdə rayon gəncləri ilə yanaşı yeniyetmələr də xüsusi fəallıq nümayiş etdirib. Məlumat üçün deyək ki, birincilikdə 20 idmançı qalib adı uğrunda mübarizə aparıb.
Yekun nəticələrə əsasən Onur Mirzəyev I, Hüseyn Kərimov II, Əli Süleymanlı isə III yerlərə layiq görülüblər.
Qaliblərə təşkilati rəhbərliyin diplom və hədiyyələri təqdim edilib.

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ