cialis

Xəbərlər

 

 

 

Ən yaxşı atıcıların müəyyən edilməsi istiqamətində silsilə tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı kimi sentyabr ayının 9-da paralimpiyaçılar arasında atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilib. Məlumat üçün deyək ki, iştirakçılar arasında qazilərimiz də olub. 16 nəfərin iştirakçılığı ilə baş tutan birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Atıcılıq və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyalarının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində təşkil olunub. Nəticələrə əsasən I yerin qalibi Şəmsəddin Əsədov olub. II, III yerlərlərdə isə müvafiq ardıcıllıqla Asəf Süleymanov və Elvin Quliyev qərarlaşıb.
Mərasimdə çıxış edən Gənclər və idman naziri Ramil Hacı, Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli və Paralimpiya Federasiyasının sədri Nicat Babayev təşkil olunan bu cür yarışların gənclər arasında atıcılıq idman növünün inkişaf etdirilməsində müstəsna rol oynadığından danışıb, bundan sonra da belə tədbirlərin davamlı xarakter alacağı iştirakçıların nəzərinə çatdırılıb.
Mükafatlandırma mərasimində iştirakçılara diplom, kubok və hədiyyələr təqdim edilib.

 

 

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ