cialis

Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 19 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən Naxçıvanda keçirilən “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının kollektivi sentyabr ayının 17-si Naxçıvan Duz Muzeyində olublar.
Muzey bələdçisi tərəfindən məlumat verilib ki, Ali Məclis Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılan bu muzey bir çox əhəmiyyətli tərəfləri ilə diqqət çəkir. Belə ki, Naxçıvan Duz Muzeyi dünyada duzun mədən üsulu ilə ilk emalı təcrübəsinin, eləcə də bəşər insanının ilkin istehsal mədəniyyətinin formalaşmasını tamaşaçılarına əyani şəkildə təqdim edən mədəniyyət müəssisəsidir. Naxçıvan şəhərinin salınması və şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən bu unikal muzeydə duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş etdirilir. Eyni zamanda ekspozisiyada ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və ölkə Prezidenti cənab İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri yer alıb.
Qeyd olunub ki, muzeydəki daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirməklə yanaşı Naxçıvanın qədim Nuh diyarı kimi təbliğində əhəmiyyətli rol oynayır. Vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş olunan bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını, göstərən qiymətli mədəniyyət nümunələrimizdəndir.

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ