cialis

Xəbərlər

Yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib. Federasiyanın sədri Səhət Həbibbəyli muxtar respublikada atıcılıq idman növünün inkişaf etdirilməsi, bu sahədə kütləviliyin artırılması istiqamətində 2021-ci il ərzində görülmüş işlərlə bağlı məlumat verib.
Vurğulanıb ki, atıcılıq idman növünün muxtar respublikada təbliği, atıcılıq idman klublarının fəaliyyətinin genişləndirilməsi, idman infrastrukturunun yenidən qurulması və yeni idman avadanlıqlarının alınması istiqamətində işlər davam etdirilib. Atıcılıq Mərkəzinin peyntbol meydançasında yeni maneələr qurulub, stend atışı üçün meydança müasir tələblərə tam uyğunlaşdırılıb, ərazidə abadlaşdırma işləri aparılıb, iaşə xidmətinin göstərilməsi təmin olunub. Federasiyanın şəhər və rayon bölmələrinin fəaliyyətinin artırılması, perspektivli idmançıların müəyyən olunaraq inkişaf etdirilməsi istiqamətində işlər görülüb. 2021-ci ildə atıcılığın stend, TİR, oxçuluq növləri, peyntbol, həmçinin çöxnövçülük üzrə ümumilikdə 15 idman yarışı keçirilib, qalib idmançılar və komandalar mükafatlandırılıb.
Muxtar respublikamızda idman və idmançılara göstərilən dövlət qayğısının ən yüksək səviyyədə olduğunu vurğulayan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı atıcılıq idman növünün inkişaf etdirilməsi üçün görülən işlərin, yaradılan şəraitin və keçirilən idman yarışlarının idmanın bu elit növünə olan marağı artırdığını qeyd edib. Bildirilib ki, bu gün federasiyanın şəhər və royanlarda fəaliyyət göstərən atıcılıq idman klublarında onlarla perspektivli yeniyetmə və gənc idmanla məşğul olur, məktəblilər xüsusən də TİR yarışlarına yüksək maraq göstərirlər.
Federasiyanın Şərur şəhərində fəaliyyət göstərən “Ümid” Atıcılıq Klubunun sədri Nicat Mahmudov 2021-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev 2022-ci il üçün müyyən olunmuş tədbirlər planı və təqvim planı barədə məlumat verib.
Sonra Naxçıvan şəhərindəki “Hədəf” və “Qələbə”, Şərur şəhərindəki “Ümid”, Culfa şəhərindəki “Uğur” və Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki Zəfər” Atıcılıq İdman klublarının fəaliyyətinin genişləndirilməsi, rayon gənclər və idman idarələri ilə qarşılıqlı fəaliyyətin təmin olunması, rayondaxili yarışların keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
İclasa yekun vuran Səhət Həbibbəyli bildirib ki, Atıcılıq Federasiyası muxtar respublikamızda idmana göstərilən qayğıdan bəhrələnərək öz fəaliyyətini daha da gücləndirəcək, atıcılıq idman növləri üzrə kütləviliyin artırılması, yeniyetmə və gənclərin idmana cəlbi, perspektivli idmançıların müəyyənləşdirilərək yarışlara hazırlanması, gənclərdə hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində səylərini artıracqdır.

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ