cialis

Xəbərlər

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının rayon və kənd məktəblilərinin iştirakı ilə TİR üzrə birincilik keçirilib. Birinciliyin keçirilməsində məqsəd muxtar respublikanın rayonlarında bədən tərbiyəsi və idman kollektivlərində bu idman növünün təbliğ edilməsi, ən yaxşı atıcıların müəyyənləşdirilməsindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onların döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılmasından ibarət olub.
Birincilikdə 17 nəfər məktəbli fərdi qaydada iştirak edib. Birinciliyin nəticələrinə əsasən 41 xalla Kəngərli rayon Qıvraq kənd tam orta məktəbinin şagirdi Rəvan Musayev I yerin qalibi olub. 39 xalla Naxçıvan şəhər 14 nömrəli tam orta məkəbin şagirdi Sərxan Abdullayev II yerdə, 38 xal hesabı ilə Sədərək rayon məktəbinin şagirdi Elcan Sadiqov isə III yerdə qərarlaşıblar.
Yarışda I, II və III yerləri tutmuş məktəblilər təşkilati rəhbərliyin kubok, diplom və hədiyyələri ilə mükafatlandırılıb.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ