cialis

Xəbərlər

Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanları əməkdaşları arasında stend atıcılığı üzrə birincilik keçirilib.
Yarışın keçirilməsində məqsəd muxtar respublikada stend idman növünün hüquq mühafizə orqanlarının əməkdaşları arasında təbliğ edilməsi, əməkdaşlar arasında dostluq əlaqələrinin gücləndirilməsi, ən yaxşı atıcıların müəyyən edilməsindən ibarət olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilik Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilib.
Yarışın yekun nəticələrinə əsasən birinci yerə Mahmud Vəliyev (Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi) birinci yerə layiq görülüb. Digər iki pillədə isə Toğrul Talıbov (Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) və Arif Bayramov (Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti) qərarlaşıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ