cialis

Xəbərlər

 

 

 

Martın 18-i kollektivi Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının kollektivi Hüseyn Cavidin ev-muzeyini ziyarət edib.
Muzeyin bələdçisi məlumat verərək  bildirib ki,  Azərbaycanın görkəmli  filosof-şairi və dramaturqu Hüseyn Cavidin  ev muzeyi  onun  anadan olmasının  100 illiyi münasibətilə  ümummilli lider Heydər Əliyevin imzaladığı  1981-ci il  21 iyul tarixli  qərara əsasən  yaradılmışdır.
Muzeyin fonunda  9 mindən çox  eksponat qorunub saxlanılır ki,  hazırda  bu eksponatların  500-ə yaxını  ekspozisiyada nümayiş etdirilir.  Muzeydə ədibin  həyat və fəaliyyətini  əks etdirən  fotoşəkillər, əsərlərinin ilk nəşrləri, həmçinin üzərində  şairin  avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin  afişa və proqramları, müxtəlif  xatirə  və ev əşyaları, şairin  oğlu Ərtoğrol Cavidin  və qızı Turan xanımın  əsərləri, Hüseyn Cavid haqqında  müxtəlif dövrlərdə nəşr olunmuş kitablar  görkəmli ədibin həyat və yaradıclığı barədə təəssürat yaradır. “Matəm otağı” adlanan otaqda Hüseyn Cavidin Sibirdə olan məzarının axtarılıb tapılmasını əks etdirilən fotolar və divardakı taxçada şairin Sibirdəki qəbrindən götürülmüş torpaq nümayiş olunur. Bildirilib ki, otağın çıxışında sərgilənən və 1936-cı ildə çəkilmiş ailəvi  fotoşəkil Cavidlər ailəsinin axırıncı xatirə şəklidir. Muzeyi ziyarət zamanı federasiya kollektivinə bildirilib ki, böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun  zəngin irsinin  qorunub saxlanılmasında ümummilli lider Heydər  Əliyevin əvəzsiz rolu, misilsiz xidmətləri olub. Represiya qurbanı olan şairin nəşinin 1982-ci ilin noyabr ayında uzaq Sibirdən doğma yurduna - Naxçıvana gətirilməsi ulu öndər Heydər Əliyevin Hüseyn Cavid  yaradıcılığına, o cümlədən, Azərbaycan ədəbiyyatına göstərdiyi diqqətin, təəssübkeşliyin  növbəti göstəricisi və nümunəsidir. 1996-cı ildə dahi rəhbərin  himayəsi ilə  Naxçıvan şəhərində görkəmli dramaturqun məzarı  üzərində əzəmətli məqbərə  ucaldılıb.
Federasiya üzvlərini maraqlandıran suallar cavablandırılıb.

 

 

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ