cialis

Xəbərlər

Naxçıvan Atıcılıq Mərkəzində gənclər arasında kamandan oxatma üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Yarışa tələbələr, gənclər, eləcə də şəhər və rayonları təmsil edən həvəskar idmançılar olmaqla 40 iştirakçı qatılıb. Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Atıcılıq Federasiyasının birgə təşkil etdiyi yarış xalqımızın qədim dövrlərdəki oxatma ənənələrini yeni dövrə daşımaqla əhalinin bu istiqamətdə idmançı kimi formalaşmasına zəmin yaradılması, asudə vaxtın səmərəli təşkili və muxtar respublikada kamandan oxatmanın inkişafına töhfə verilməsi məqsədi daşıyıb.
Nəticələrə əsasən birincilikdə Novruz Muradov ən yüksək xalla birinci yerə layiq görülüb. Zəhra Əsgərova və Elxan Rzayev müvafiq ardıcıllıqla ilk üçlüyü tamamlayıblar.
Adıçəkilən iştirakçılara diplom, kubok, peyntbol oyunu üçün kupon və hədiyyələr təqdim edilib.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ