cialis

Xəbərlər

Naxçıvan Muxtar Respublikası – 95” devizi altında hüquq-mühafizə orqanları arasında atıcılığın stend növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdikləri yarışda 9 komandanın tərkibində 27 idmançı 2 qrupda mübarizə aparıb. Hər bir idmançıya 10 atış imkanı yaradılıb.  

Hədəflərə daha sərrast şəkildə atışlar həyata keçirməyə müvəffəq olan Dövlət Gömrük Komitəsinin komandası rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Dövət Miqrasiya Xidmətinin Komandası ikinci, Dövlət Təhlükəsizliyi Xidmətinin komandası isə üçüncü olub.

Mükafatlandırma mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov muxtar respublikamızda idmanın müxtəlif növlərinin inkişafına göstərilən dövlət qayğısından, idmançılar üçün yaradılan hərtərəfli şəraitdən danışıb. Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli bu cür tədbirlərin atıcılıq idman növünün kütləviliyinin artırılmasına, güclü idmançıların müəyyənləşdirilməsinə xidmət etdiyini vurğulayıb.

Qalib komandalar diplom, müvafiq olaraq 300, 200 və 100 patronluq hədiyyə kuponları və digər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

 

 

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ