cialis

Xəbərlər

May ayının 24-də ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında atıcılığın TİR növü üzrə muxtar respublika birinciliyi keçirilib. Atıcılığın TİR növünün təbliğ edilməsi və bu idman növünün kütləviliyinə nail olunması, böyüməkdə olan gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması, gənclər arasında döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılması məqsədilə keçirilən yarış Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində təşkil olunub. Birincilikdə 6 komandanın tərkibində 30 idmançı mübarizə aparıb. Hər idmançı Atıcılıq Mərkəzinin yeni qurulmuş TİR meydançasındakı müasir hədəflərə 10 atış həyata keçirib. Hədəfə qədər məsafə 10 metr olub. Komandaların tərkibində qızlar da mübarizə aparıb. Yarışın nəticələrinə görə ən sərrast kollektiv Heydər Əliyev adına Hərbi Liseyin komandası olub. Naxçıvan Tibb Kollecinin komandası ikinci, Naxçıvan Dövlət Universitetinin komandası isə üçüncü yerə yiyələnib. 
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov idmanın inkişafına, gənc nəslin sağlam şəkildə və vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində görülən işlərdən, idmana və idmançılara göstərilən yüksək dövlət qayğısından danışıblar.
Qalib komandalara təşkilatçılar adından plaket, diplom və Atıcılıq Mərkəzində istifadə olunmaq üçün hədiyyə kuponları təqdim olunub.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ