cialis

Xəbərlər

Yeniyetmələrin XII Respublika Oyunlarında “Naxçıvan” komandası güllə atıcılığı üzrə yarışların qalibi olub. Komandamız iyunun 13-də doğma yurda qayıdıb. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli komanda üzvləri ilə görüşüb. Federasiya sədri Naxçıvanda idmana və idmançılara göstərilən yüksək dövlət qayğısından bəhs edib və atıcılıq idman növü sahəsində yaradılan hərtərəfli şəraitin artıq öz nəticələrini verdiyini önə çəkib. Komandamızın bu uğuru atıcılıq idman növü üzrə ölkəmiqyaslı yarışlarda ilk qələbə kimi əlamətdar olub. 

Federasiya sədri komanda üzvlərini təbrik edərək gələcək həyatlarında və idman yarışlarında uğurlar arzulayıb. Məşqçi-müəllim Salman Novruzov və komandamızın üzvü Əsgər Cavadov yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər. 
Federasiya sədri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kubok, diplom və medallarını komanda üzvlərinə təqdim edib. Komandamızın hər bir üzvü Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası tərəfindən mükafatlandırılıb. Ayrıca onların hər birinə Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzinin TİR bölməsində istifadə üçün hədiyyə kuponları təqdim olunub. 
Tədbir çay süfrəsi arxasında davam etdirilib. 
Qeyd edək ki, Sumqayıt şəhərində keçirilən yarışda 15 komanda mübarizə aparıb. Təmsilçilərimiz qələbəni 275 xalla qazanıblar. Komandamızın tərkibində 4 oğlan və bir 1 qız şagird yer alıb. Onlar Naxçıvan şəhərinin 4, 10 və 16 nömrəli orta məktəblərinin şagirdləri olub. Fərdi nəticələrə görə idmançılarımızdan Əsgər Cavadov I, Duyğu Hüseynova II, Nihad Bağırlı isə III yerə sahib çıxıblar.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ