cialis

Xəbərlər

Sentyabrın 26-da idman federasiyalarının üzvləri arasında peyntbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində təşkil olunan yarışda 12 komanda mübarizə aparıb. Həlledici oyunda Şahmat federasiyası üzərində qələbə çalan Atıcılıq federasiyasının komandası yarışın qalibi olub. Paralimpiya federasiyasının komandası isə üçüncü yerə sahib çıxıb.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov muxtar respublikada idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə göstərilən dövlət qayğısından, idmanın kütləviliyinin artırılması istiqamətində görülən işlərdən danışıblar.
Qalib komandalara təşkilatçılar adından kubok, diplom, plaket və medallar verilib. I,ll, lll yerlərə sahib çıxan komandalara, həmçinin, Atıcılıq mərkəzində istifadə olunmaq üçün ümumilikdə 2000 ədəd peyntbol mərmisi hədiyyə olunub.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ