cialis

Xəbərlər

Noyabrın 12-də sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçıları arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Paralimpiya və Atıcılıq federasiyalarının birgə təşkilatçılığı ilə keçirilən yarış Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunub.

Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçıları arasında peyntbol idman növünün təbliğ edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyası məqsədilə keçirilən birincilikdə 8 komanda tərkibində 40 nəfər iştirak edib.

Naxçıvan Muхtаr Respublikası Atıcılıq Mərkəzində təşkil olunan birinciliyin final oyununda Sədərək rayonu ilə Naxçıvan şəhərinin komandaları üz-üzə gəlib. Mənfur düşmənlə sərhəddə mübarizlik ruhunu daim saxlayan, “Qeyrət qalası” sayılan Sədərək rayonunun təmsilçiləri gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanı qələbə ilə başa vuraraq turnirin qalibi olublar. Şahbuz rayonunun komandası isə üçüncü yerə sahib çıxıb.

Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxış edərək muxtar respublikamızda idmanın inkişafı üçün yaradılan şəraitdən və birinciliyin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, ölkəmizdə, o cümlədən muxtar respublikamızda müharibə əlilləri, veteranları və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçılarının bu cür idman yarışlarına cəlb olunması böyüməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsi baxımından da əhəmiyyətlidir. Gələcəkdə atıcılığın digər növləri üzrə də bu cür idman yarışlarının keçirilməsi nəzərdə tutulur.

Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom, medal, kubok, mərmi kuponları və qiymətli hədiyyələr təqdim olunub.

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ