cialis

Xəbərlər

 

 

14.08.2020

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının idman klubları arasında atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilib. Birinciliyin keçirilməsində məqsəd şəhər və rayonlarda atıcılıq idman klublarının idmançıları arasında stend idman növünün kütləviliyinə nail olmaq, muxtar respublikada ən yaxşı atıcıları müəyyən etmək, idmançıların vətənpərvərlik ruhunda tərbiyə olunmasına nail olmaq, atıcılıq idman klubları arasında dostluq əlaqələrini gücləndirmək olub. Atıcılıq Mərkəzində keçirilən birincilikdə 5 komanda qələbə uğrunda mübarizə aparıb. Maraqlı və gərgin mübarizə şəraitində keçirilən yarışın sonunda “Qələbə” komandası I, “Zəfər ” komandası II, “Hədəf” komandası III yerin sahibi olublar. Qalib komandalar təşkilatçıların diplom, kubok və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ