cialis

Xəbərlər

28.08.2020
Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində atıcılığın TİR növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Birinciliyin keçirilməsində məqsəd muxtar respublikanın şəhər və rayonlarında bədən tərbiyəsi və idman kollektivlərində bu idman növünün təbliğ edilməsi, ən yaxşı atıcıların müəyyənləşdirilməsindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onların döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılmasından ibarət olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 28 idmançı qalib adı uğrunda mübarizəyə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Mahmud Vəliyev I, Sərxan Abdullayev II, İsmayıl İmanov III yerin sahibi olublar.Qaliblər diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ