cialis

Xəbərlər

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamın icrası məqsədilə  keçirilən “Muzey günləri” çərçivəsində Naxçıvan MR Atıcılıq Federasiyasının kollektivi  Naxçıvan şəhərində yerləşən Milli Dəyərlər Muzeyini ziyarət edib.
 Muxtar respublikada xalqımızın milli-mənəvi dəyərləri, tarixi-mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan Milli Dəyərlər Muzeyinin müstəsna fəaliyyətini vurğulan muzey bələdçisi bilidrib ki, 236 eksponatın sərgiləndiyi ekspozisiyasında Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Dövlət himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə  dair bukletlər müxtəlif guşələrdə sərgilənir.  
Eksponatlarla tanışlıq zamanı federasiya üzvlərini maraqlandıran suallar cavablandırılıb.

 

 

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ