cialis

Xəbərlər

Vətən Müharibəsi iştirakçıları arasında 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə stend atıcılığı üzrə birincilik keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya Federasiyalarının birgə təşkil etdiyi birincilikdə muxtar respublikanın şəhər və rayonlarından 12 idmançı iştirak edib.
Atıcılıq Mərkəzinin meydançasında keçirilən yarışın qalibi olimpiya sistemi əsasında müəyyənləşib. Həlledici qarşılaşmada daha inamlı oyun nümayiş etdirən Babək rayonun təmsil edən Cövdət Əliyev birinciliyin qalibi olub. Kəngərli rayonunun təmsilçisi Əli Bayramov ikinci, Şərur rayonun sakini Əli Əlisoy isə üçüncü yerə sahib çıxıblar. Qaliblərin mükafatlandırılması mərasimində Naxçıvan Muxtar Respublikasının Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli, Paralimpiya Federasiyasının sədri Nicat Babayev və Naxçıvan MR Gənclər və İdman nazirinin müavini Məcid Seyidov idman sahəsinə gö̈stərilən dö̈vlət qayğısından bəhs edərək qeyd ediblər ki, ö̈lkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına xü̈susi diqqət yetirilir. Bildirilib ki, yenilənən və müasirləşən atıcılıq idman infrastrukturu, keçirilən yarışlar əhalinin müxtəlif yaş qruplarının, əsasən də gənclərin bu idman növünə marağını artırıb, ilkin atıcılıq vərdişlərinin formalaşıdırılmasında, onların vətənpərvərlik ruhunda yetişdirilməsində önəmli rola malikdir.
Vurğulanıb ki, bu gün stend atıcılığı üzrə keçirilən birinciliyin hər bir iştirakçısı 44 günlük Vətən Müharibəsinin qalib əsgəridir.
Sonra qalib qazilərə mükafatlar təqdim edilib. İlk üçlükdə qərarlaşan idmançılara diplom, kubok və hədiyyələr verilib. Qalib idmaçılarla yanaşı birinciliyin bütün iştirakçılarına təşkilati rəhbərlik tərəfindən hədiyyələr təqdim olunub.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ