cialis

Naxçıvan Muxtar Respublikasında gənc­lərin atıcılıq idman növünə marağının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyətinin gücləndirilməsi, yeni atıcılıq mərkəzlərinin və ...

More...

Naxçıvan Muxtar Respublikasında uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılmışdır. Məhz bu sahədə görülən işlərin məntiqi davamı olaraq tikilən Naxçıvan ...

More...

Peyntbol – xüsusi rənglərlə dolu şarların istifadəsi ilə hərbi şəraitdə keçirilən komanda oyunudur. Bu oyunun ən böyük üstünlüyü hərbi və milli ruhu gücləndirməklə yanaşı, gənclərin çox böyük marağına səbəb olmasıdır. Əsasən komanda şəklində oynanılan bu ...

More...

Xəbərlər

  • Qalereya
  • Perspektivli idmançılarımız
  • Keçidlər
  • Naxçıvanda turizm

Peyntbol – xüsusi rənglərlə dolu şarların istifadəsi ilə hərbi şəraitdə keçirilən komanda oyunudur. Bu oyunun ən böyük üstünlüyü hərbi və milli ruhu gücləndirməklə yanaşı, gənclərin çox böyük marağına səbəb olmasıdır. Əsasən komanda şəklində oynanılan bu oyunda həmrəylik və komanda ruhu kimi xüsusiyyətlər çox böyük əhəmiyyət kəsb edir.

Peyntbol son 20 ildə məhşurlaşıb. Yuxarıda da qeyd olunduğu kimi daha çox komanda şəklində oynanılan strateji idman oyunudur.

Peyntbol tapançalarının bir çox marka və modelləri var. Silahlar mərmini çox sürətli şəkildə atar və çılpaq bədənə nüfuz edəndə ağrı verər. Bu səbəbdən bu oyunu xüsusi qoruyucu vasitələr olmadan oynamağa icazə verilmir.

Peyntbolda hər oyunçunun başında qırılmaz şüşəli özəl baş geyimi və qazla işləyən silahı olur. Bu silahlar görünüş etibarilə gerçək silahları xatırlatsalar da, onlar öldürücü mərmilər deyil, dəydiyi yeri içindəki boyayla rəngləyən kapsullar atar. Kapsulun içindəki boya qida boyasıdır. Yəni ətraf aləmə və insanlara zərərli deyildir, üstəlik nəm əsgi ilə silindikdə pal-paltardan asanlıqla təmizlənər.

Qaydalara görə, oyun başlarkən oyunçular öz mövqelərində durmalıdırlar. Baş hakim komanda kapitanlarından müsbət rəy alandan sonra, fit səsiylə oyuna start verir. Fit səsindən öncə atəş açmaq təhlükəli olduğundan qadağandır. Belə olduqda oyunçu hakim tərəfindən cəzalandırılır.

Sərrast atış oyunçunun vücudunun hər hansısa bir yerindən, əl və ayaqlar da daxil olmaqla, o cümlədən daşıdığı silahdan vurmaqla gerçəkləşir. Vurulma peyntbol mərmisinin birbaşa təması ilə olur. Mərmi hər hansısa bir əngələ dəyib oyunçunun üstünə sıçrarsa bu, keçərli deyildir.  Əgər hədəfə dəymiş mərmi partlamazsa, vurulan oyunçu centilmenlik (Fair-Play) göstərib hakimi xəbardar etməli və cəza bölgəsinə getməlidir.

Oyun qaydaları əsasında vurulan oyunçu əllərini və silahını başının üstünə qaldırıb cəza bölgəsinə getməli və ya hakim nəzarəti altında oyun meydançasını tərk etməlidir. Bu zaman qoruyucu baş geyimi qətiyyən çıxarılmamalıdır.

Oyun sırasında vurduğunu və ya vurulduğunu hiss edən oyunçu, özü və ya rəqiblə bağlı qərar verilməsi üçün hakimi məlumatlandırmalıdır. Bu zaman oyun hakimin fit səsiylə durdurulur. Belə olan halda oyunçuların olduqları yeri dəyişdirməsinə və atəş etməyə icazə verilmir.

Əks təqdirdə oyunçular cəza alır. Hakim oyunçuları yoxlayır, əgər iki oyunçu eyni anda bir birini vurubsa ikisi də oyunu tərk edər. Yox əgər oyunçulardan biri digərini vurduqdan sonra, vurulan oyunçu atəş açıb rəqibi vurubsa, bu keçərsiz sayılır. Atəş qaydalar çərçivəsində olmayanda oyunçunun üzərindəki boya hakim tərəfindən silinir ve oyunçu oyuna davam edir. Oyunda hər hansısa bir fiziki mübarizəyə icazə verilmir.

Əgər oyun zamanı hər hansısa bir oyunçunun mərmisi qurtardısa, ekstra mərmi almaq üçün, əllərini və ya silahını başının üzərinə qaldırıb hakimə tərəf gələr. Mərmi aldıqdan sonra eyni şəkildə öz məntəqəsinə qayıdaraq təkrar oyuna qoşular. Ekstra mərmi üçün müraciət edən oyunçuya atəş açmaq olmaz.

Əgər bir oyunda komandalardan birinin bütün oyunçuları vurulubasa, oyun bitmiş hesab olunur. Hər hansısa bir komandanın bütün oyunçularının da mərmisi qurtarıbsa, fasilə elan olunur, mərmi təchizatından sonra oyun qaldığı yerdən davam etdirilir.

Əgər müəyyən olunan zaman dilimində bir komandanın oyunçuları oyundan kənarlaşdırılmayıbsa və ya oyun ssenariyə uyğun tamamlanmayıbsa, o zaman yarış baş hakim tərəfindən sona çatdırılır. Belədə hər biri 15 dəqiqə olmaqla, üç set verilər.  Hər setin arasında 5 dəqiqəlik fasilə elan olunur. Yeni set başlayanda hər kəs öz qaldığı yerindən oyuna davam edir.

Peyntbol oyununda xalların bölgüsü aşağıdakı kimidir:

  • Oyunçunun vurulması: -20 xal
  • Kapitanın vurulması: -15 xal
  • Texniki cəza: -3 xal
  • Hansı komanda bir setdə daha az oyunçu itirərsə: +5 xal
  • Bayraq almaq: +100 xal (Bayraq alan, vurulmadan rəqib komandanın bayrağını almağa müvəffəq olub, öz tərəfinə qayıdarkən vurularsa: +10 xal)
  • Bayraq asmaq: +1000 xal

Xallar komandaların razılığı ilə fərqli şəkildə də biçimləndirilə bilər.

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ