cialis

Xəbərlər

 

Muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin birinci kurs tələbələrinin Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzinə ekskursiyası təşkil olunub. Adıçəkilən Mərkəzlə tanışlıqdan əvvəl Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək gənclərdə vətənpərvərlik hislərinin aşılanması və ilkin atıcılıq vərdişlərinin formalaşması baxımından mərkəzin əhəmiyyətini vurğulayıb.Həmçinin mərkəzdə yaradılan şəraitdən söz açıb.
Naxçıvan Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev isə mərkəzin mövcud imkanları, atıcılıq idman növlərinin perspektivi barədə məlumat verib. Bildirilib ki, Atıcılıq Mərkəzində iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası və hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi mövcuddur. Mərkəz ən müasir silah və avadanlıqlarla təchiz olunub. Bura həm yerli sakin və turistlərin istifadəsi, həm də müvafiq idman yarışlarının keçirilməsi üçün ideal məkanlardan biridir. İştirakçılara təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi izah olunduqdan sonra ərazi ilə tanışlığa başlanılıb.
Nazirliklə federasiya tərəfindən birgə təşkil edilən ekskursiyada 20 gənc iştirak edib. Ekskursiya çərçivəsində gənclər üçün peyntbol yarışı keçirilib, həmçinin onlar mərkəz əməkdaşlarının tir atıcılığı, oxatma və stend atıcılığı ilə bağlı nəzəri təlimləri əsasında praktiki atışlar icra ediblər. Sonda iştirakçılar üçün çay süfrəsi təşkil olunub.

 

 

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ