cialis

Xəbərlər

Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan MR–da fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında güllə atıcılığı idman növü üzrə birincilik keçirilib. Birincilik NDU-nin Pedoqoji fakültəsinin binasında yerləşən atıcılıq zalında təşkil olunub. Naxçıvan şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin iştirak etdiyi birincilik qalibiyyət uğrunda gedən gərgin mübarizə nəticəsi ilə yadda qalıb.
Yarışa hər komandada 2 nəfər olmaqla, 12 tələbə qatılıb. Hər iştirakçıya 10 atış imkanı yaradılıb. Nəticələr kağız hədəf üzərindəki şkalaya əsasən ümumi hesablama ilə müəyyənləşdirilib.
Tibb Kollecinin tələbəsi Bulud Əhmədov 31 xallıq göstərici ilə birincilik qazanıb. Müəllimlər İnstitundan Hüseyn Əhmədli 7 xal fərqlə ikinci olub. “Naxçıvan” Universitetinin tələbəsi Əli Abbasov isə yarışı 22 xalla üçüncü sırada tamamlayıb. İlk üçlükdə qərarlaşan iştirakçılara diplom, xatirə barelyefi və peyntbol oyunu üçün kupon təqdim edilib.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ