cialis

Xəbərlər

Culfa rayon Gənclər və İdman İdarəsi və “Uğur” Atıcılıq İdman Klubunun birgə təşkilatçılığı ilə Culfa şəhərində fəaliyyət göstərən tam orta məktəb şagirdləri arasında güllə atıcılığı idman növü üzrə birincilik keçirilib.
Birincilik Naxçıvan MR Atıcılıq Mərkəzində təşkil olunub.
Culfa şəhər 3 nömrəli məktəbin şagirdi Sunay Məmmədov 33 xallıq göstərici ilə birincilik qazanıb. Culfa şəhər 2 nömrəli məktəbin şagirdi Nəriman Ələkbərov 23 xalla ikinci olub. Culfa şəhər 3 nömrəli məktəbin şagirdi Zavil Şükürov isə yarışı 13 xalla üçüncü sırada tamamlayıb. İlk üçlükdə qərarlaşan iştirakçılara diplom, kubok və idman geyim dəsti təqdim edilib.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ