cialis

Naxçıvan Muxtar Respublikasında gənc­lərin atıcılıq idman növünə marağının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyətinin gücləndirilməsi, yeni atıcılıq mərkəzlərinin və ...

Подробнее...

Naxçıvan Muxtar Respublikasında uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılmışdır. Məhz bu sahədə görülən işlərin məntiqi davamı olaraq tikilən Naxçıvan ...

Подробнее...

Peyntbol – xüsusi rənglərlə dolu şarların istifadəsi ilə hərbi şəraitdə keçirilən komanda oyunudur. Bu oyunun ən böyük üstünlüyü hərbi və milli ruhu gücləndirməklə yanaşı, gənclərin çox böyük marağına səbəb olmasıdır. Əsasən komanda şəklində oynanılan bu ...

Подробнее...

Xəbərlər

  • Qalereya
  • Perspektivli idmançılarımız
  • Keçidlər
  • Naxçıvanda turizm

Naxçıvan Muxtar Respublikasında gənc­lərin atıcılıq idman növünə marağının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyətinin gücləndirilməsi, yeni atıcılıq mərkəzlərinin və klublarının istifadəyə verilməsi bu sahədə görülən işlərin miqyasını xeyli genişləndirir. 2015-c ilin may ayında  istifadəyə verilən Atıcılıq və əyləncə mərkəzi də gənclərin atıcılıq idman növlərinə marağının artırılmasında və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Mərkəz Naxçıvan şəhərinin İstiqlal küçəsindəki 95 nömrəli yeni ictimai yaşayış binasının zirzəmisində yerləşir.  

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq və əyləncə mərkəzinin açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qeyd etmişdir ki, "Atıcılıq mərkəzlərinin yaradılması ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, həm də onların orduya hazır­lanması baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada Atıcılıq Federasiyasının fəaliyyət göstərməsi bu cür mərkəzlərin yaradılmasına imkan verir. Bu gün ilk belə mərkəz Naxçıvan şəhərində istifadəyə verilir. Rayon mərkəzlərində də müasir atıcılıq və əyləncə mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur”. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq və əyləncə mərkəzinində gənclərin asudə vaxtının təşkili və atıcılıq idman növü ilə məşğul olması üçün hərtərəfli şərait vardır. Mərkəz interaktiv atış-təlim zalı, kafe və oyun salonundan ibarətdir. Oyun salonunda quraşdırılan 6 aparat vasitəsilə gənclər müxtəlif idman növləri ilə virtual məşğul ola biləcəklər. Bu da gənclərin istirahətinin səmərəli təşkili ilə yanaşı, həm də onların psixoloji hazırlıq səviyyələrinin yüksəldilməsi və əqli inkişafı baxımından əhəmiyyətlidir. 
İnteraktiv atış-təlim zalında ən müasir avadanlıqlar quraşdırılmış, 5 atış nöqtəsi yaradılmışdır. Pnevmatik tüfəng və tapançadan atəş açmaqla monitorda əks olunan hədəfləri dəqiq vurmaq mümkündür. Atış başa çatdıqdan dərhal sonra nəticələr monitorda əks olunur. Real görüntülər üzərində qurulan interaktiv təlim sistemi gənclərin atıcılıq idman növünə olan marağını artırmaqla, bu sahədə peşəkar

idmançıların yetişməsinə stimul verir.

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ