cialis

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzi idmanın stend, güllə atıcılığı və sportinq növləri ilə məşğul olmaq, asudə vaxtı səmərəli şəkildə dəyərləndirmək üçün əlverişli şəraitə malik ideal məkandır. Mərkəzə müraciət edənlər,  həmçinin, burada idmanın oxçuluq nözü ilə də məşğul ola, eləcə də Peyntbol meydançasında özünü döyüş ruhunda kökləyib mübarizə, əyləncə və həyacanı birgə yaşaya bilər.

Atıcılıq mərkəzinin sahəsi 400 kvadratmetrdir. Burada atıcılıq idman növünün müxtəlif növləri, o cümlədən oxçuluq idman növü və peytbolla məşğul olmaq üçün hər çür şərait vardır. Mərkəzin ərazisi çəpərə alınıb, müasir işiqlandırma sistemi qurulub, ərazidə geniş yaşılllaşdırma və abadlıq işlər görülüb.

Mərkəzin inzibati binası müasir memarlıq üslubunda qurulub. Burada növbətçi hissə, administrator otağı, silah otağı, soyunub-geyinmə otaqları və sair yerləşir.  Binanın girişində bayraq dirəkləri ucalır. Binanın foyesində qurşadırlan elektron lövhədə lazımı məlumatlar yerləşdirilir.

Mərkəzin ərazisində iki stend və sporting meydançası var. Hər iki meydançada beş ayrı nöqtədə uçan hədəf aparatları quruşdırılıb. Stend və sporting meydançalarında yarışların idarə olunması üçün xususi mərkəzlər qurulub. Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Yarışlarda Avropa istehsalı olan dəqiqi və müasir silahlardan istifadə olunur.

Atış meydançalarının kənarında atış zamanı təhlükəsizlik qaydalarının əks olunduğu xüsusi stendlər yerləşdirlib. İdmançılar burada qayda və şərtlərlə tanış ola bilərlər. 

Mərkəzin ərazisində oxçuluq idman növü ilə məşğul olmaq üçün də imkan və şərait mövcuddur. Hədəflər 30-50 metr məsafədə yerləşir.

Peytbol sahəsinin eni 40, uzunluğu 100 metrdir. Oyun zamanı komanda üzvlərinin mühafizə olunacağı sığınacaqlar xüsusi rənglərdə və dizayda hazırlanıb. Oyunu idarə edəcək hakimlər üçün müşahidə məntəqəsi qurulub.

Atıcılıq mərkəzinin ərazisində yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulub. Peytbollla məşğul olanlar üçün soyunub geyinmə oyaqları və duşlar da bu bölmədə yerləşir.

Atıcılıq mərkəzi müasir idman obyekti olmaqla yanaşı, həm də fəal istirahət və əyləncə mərkəzidir. Mərkəzin ərazisində qurulan kafedə çay, qəhvə və sərinləşdirici içkilər təklif olunur.

 


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ