cialis

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzi idmanın stend və sporting atıcılıq növləri ilə məşğul olmaq, asudə vaxtı səmərəli şəkildə dəyərləndirmək üçün əlverişli şəraitə malik ideal məkandır. Mərkəzə müraciət edənlər,  həmçinin, burada idmanın oxçuluq növü ilə də məşğul ola, eləcə də Peyntbol meydançasında özünü döyüş ruhunda kökləyib mübarizə, əyləncə və həyacanı birgə yaşaya bilər.

Atıcılıq mərkəzinin sahəsi 17095 kvadratmetrdir. Burada atıcılıq idman növünün müxtəlif növləri, o cümlədən oxçuluq və peyntbolla məşğul olmaq üçün hər cür şərait vardır. Mərkəzin ərazisi çəpərə alınıb, müasir işiqlandırma sistemi qurulub, ərazidə geniş yaşıllaşdırma və abadlıq işlər görülüb.

Mərkəzin inzibati binası müasir memarlıq üslubunda qurulub. Burada növbətçi hissə, administrator otağı, silah otağı, soyunub-geyinmə otaqları və sair yerləşir.  Binanın girişində bayraq dirəkləri ucalır. Foyedə quraşdırlan elektron lövhədə lazımi məlumatlar yerləşdirilir.

Mərkəzin ərazisində iki stend və sporting meydançası vardır. Hər iki meydançada beş ayrı nöqtədə uçan hədəf aparatları quraşdırılıb. Stend və sporting meydançalarında yarışların idarə olunması üçün xususi mərkəzlər qurulub. Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Yarışlarda Avropa istehsalı olan dəqiqi və müasir silahlardan istifadə olunur.

Atış meydançalarının kənarında atış zamanı təhlükəsizlik qaydalarının əks olunduğu xüsusi stendlər yerləşdirlib. İdmançılar burada qayda və şərtlərlə tanış ola bilərlər. 

Mərkəzin ərazisində oxçuluq idman növü ilə məşğul olmaq üçün də imkan və şərait mövcuddur. Atışlar iki xətt üzrə həyata keçirilir. Hədəfə qədər olan məsafə 30 metrdir.

Mərkəzin ərazisində qurulmuş TİR meydançasında da atış xəttindən hədəfə qədər olan məsafə 30 metrdir. Silahlar öz müasirliyi və dəqiqliyi ilə seçilir.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzinin bazasında Peytbol meydançasının yaradılması idmanın kütləviliyinin təmin olunmasına, gənclərimizin  vətənpərvərlik tərbiyəsinin və hərbi xidmətə hazırlığının gücləndirlməsinə xidmət edir. Meydançanın eni 54 metr, uzunluğu isə 93 metrdir. Havanın qaranlıq vaxtı da Peyntbol oyunlarının keçirilməsi üçün müasir işıqlandırma sistemi qurulub,  hərbi-vətənpərvərlik ruhlu mahnılarla döyüş atmosferi yaratmaq üçün müasir səs sistemi quraşdırılıb.

Oyun zamanı komanda üzvlərinin mühafizə olunacağı sığınacaqlar xüsusi rənglərdə və dizayda hazırlanıb. Oyunu idarə edəcək hakimlər üçün müşahidə məntəqəsi qurulub.

Mərkəzin ərazisində ikihissəli 150 yerlik tribuna inşa olunub. Tribunanın bir hissəsi peyntbol, bir hissəsi isə stend və sportinq yarışlarının rahatlıqla izlənilməsinə imkan verir. Alt hissədə peyntbol silahlarının və qoruyucu geyim və əşyaların saxlanılması və təhvil-təslimi üçün otaqlar, soyunub-geyinmə və yuyunma otaqları vardır.

Atıcılıq mərkəzi fəal idman, istirahət və əyləncə məkanı kimi formalaşdırılıb. Mərkəzin ərazisində müasir görkəmdə inşa olunmuş kafe mövcuddur. Burada idmançılara  çay, qəhvə və sərinləşdirici içkilər təklif olunur.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ