cialis

Naxçıvan Atıcılıq Mərkəzinin bazasında qurulan peyntbol meydançanın eni 54, uzunluğu 93 metrdir. Yaxınlıqda peyntbol üçün silahlar və avadanlıqlarının, qoruyucu baş geyimləri və kamuflajların qorunub saxlandığı otaqlar, soyunub-geyinmə otaqları və duşlar var.

Peytbol meydançasının ərazisində xeyli sayda təbii maneələr və sığınacaqlar mövcuddur. Oyun zamanı komanda üzvlərinin mühafizə olunacağı sığınacaqlar xüsusi rənglərdə və dizaynda hazırlanıb. Oyunu idarə edəcək hakimlər üçün müşahidə məntəqəsi qurulub.

Havanın qaranlıq vaxtı da Peyntbol oyunlarının keçirilməsi üçün burad müasir işıqlandırma sistemi qurulub, hərbi-vətənpərvərlik ruhlu mahnılarla döyüş atmosferi yaratmaq üçün müasir səs sistemi quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzinin ərazisində inşa olunmuş 150 yerlik tribunanın bir hissəsi peyntbol, yarışlarının rahatlıqla izlənilməsinə imkan verir.

Naxçıvan Atıcılıq Mərkəzinin bazasında Peytbol meydançasının yaradılması idmanın kütləviliyinin təmin olunmasına, gənclərimizin  vətənpərvərlik tərbiyəsinin və hərbi xidmətə hazırlığının gücləndirlməsinə xidmət edir.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ