cialis

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası yaradılandan sonra muxtar respublikada bu idman növünün kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülür. Nəyinki Naxçıvan şəhərində, muxtar respublikanın şəhər və rayon mərkəzlərində də atıcılıq klubları fəaliyyət göstərir. Rayonlarda yaradılan TİR meydançaları atıcılıq idman növünün inkişafı, rayonlarda yaşayan gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası tərəfindən idmanın bu növü üzrə kütləviliyə nail olunmasını təmin etmək məqsədilə muxtar respublika ərazisində fəaliyyət göstərən Atıcılıq İdman Klublarının bazasında TİR meydançaları yaradılır.

Şərur şəhərində fəaliyyət göstərən “Uğur" Atıcılıq Klubunun bazasında yaradılan TİR meydançası Şərur rayon Uşaq-Gənclər İdman Məktəbində yerləşir. TİR meydançasının uzunluğu 15, eni 5,45 metrdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzinin ərazisində də TİR meydançası mövcuddur. Burada atış xəttindən hədəfə qədər olan məsafə 30 metrdir. Silahlar öz müasirliyi və dəqiqliyi ilə seçilir. 

Bundan başqa, Naxçıvan şəhərindəki Atıcılıq və əyləncə mərkəzində interaktiv atış-təlim zalı, Naxçıvan Dövlət Universitetində federasiyamızın TİR bölməsi fəaliyyət göstərir.

Yaxın vaxtlarda muxtar respublikanın digər şəhər və rayonlarında da Atıcılıq Klublarının bazasında  TİR meydançalarının yaradılması nəzərdə tutulur.   


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ