cialis

Güllə atıcılığı – tapançadan, tüfəngdən sabit və hərəkət edən hədəfə atışdan ibarətdir. Burada pnevmatik (4.5 mm), kiçikkalibrlı (5.6mm) və böyükkalibrlı (tüfəng üçün 6.5 mm – 7.62 mm və tapança üçün 7.62 – 9.65 mm) silahlardan istifadə olunur.  

Tüfəngdən atəş zamanı hədəfə qədər olan məsafə 25 m-dən 300 m-ə qədər olur. Atəş uzanaraq, dizi üstə və ayaq üstə yerinə yetirilir.  Hər atəş üçün 3 dəqiqəyə qədər vaxt ayrılır. Bu "yavaş" atıcılıq adlanır. Lakin "sürətli" atıcılıq da var. Məsələn, Amerika tüfəngindən 300 m məsafəyə 30 saniyə ərzində 5 atəş açılır.

Çox zaman atəş hərəkətsiz hədəflərə doğru yerinə yetirilir. Kağız və karton hədəf üzərində qara dairə və onun ətrafında zonalar cızan konsentrik çevrələr çəkilir. Mərkəzə vurmaq 10 xal, sonrakı zonaya 9 xal, axrıncı zonaya vurmaq 1 xal sayılır. Tapançalardan və revolverlərdən ayaq üstə 25 m və 50 m məsafədəki hərəkətli və ya peyda olan hədəflərə atəş açılır.

Hər il güllə atıcılığı üzrə müxtəlif səviyyəli regional turnirlər, dünya və Avropa çempionatları keçirilir. Hal-hazırda Beynəlxalq Güllə Atıcılığı Federasiyasında 16 kişi və 11 qadın çalışmaları nəzərdə tutulmuşdur. Hansı ki, həmin çalışmalar beynəlxalq yarışların proqramında da yer almışdır. Hələlik Olimpiya proqramlarına 10 kişi və 6 qadın çalışması daxildir.

Tüfəng: Atıcılıq üçün istifadə olunan tüfənglər bir neçə növə bölünür: pnevmatik (4.5 mm kalibr), kiçikkalibrlı ( 5.6 mm kalibr) və böyükkalibrlı ( 6.5 mm-dən – 7.62 mm-dək kalibrlı). Bütün növ tüfənglər tək atışlı olmalıdır (yalnız böyük kalibrlı tüfəngdən başqa hansı ki, maqazini ola bilər). Hədəfə qədər məsafə 10 m-dən 300 m-ə qədər ola bilər. 10 m-lik atışda isə hədəflər kağız və ya elektron hədəflər olur.

Tapança: Atıcılıq üçün istifadə olunan tapança – pnevmatik, kiçikkalibrlı və böyükkalibrlı tapançalara bölünür. Atış üçün qazlı, tək atışlı  və yaxud  havalı 4.5 mm pnevmatik tapançaya icazə verilir. Pnevmatik tapança üçün güllələr qurğuşundan və ya yumşaq materialdan hazırlanmalıdır.

Hərəkət edən hədəfə atış tək atışlı tüfəngdən yerinə yetirilir. 50 m-lik atışda kiçikkalibrlı tüfəngdən (5.6 mm kalibr) istifadə olunur. 10m-lik atış zamanı istifadə olunan tüfəng növü isə 4.5 mm-lik havalı pnevmatik tüfəngdir. Burada optikadan istifadə etməyə icazə verilir.

50 m-lik atışda “Qaçan qaban” hədəfi istifadə olunur. Hədəfin üstündə qaban şəkli və bədəninin ortasında hadəf işarəsi var. Hərəkət edən hədəflərə atıcılıq müxtəlif cür olur: "qaçan maral"a 100 m məsafədən, "qaçan cüyür"ə 50 m məsafədən atəş. Heyvanın natural böyüklükdə çəkilmiş profilində 5, 4, 3, 2 və 1 xalı göstərən dairələr çəkilir. Xüsusi qurğunun köməyi ilə "maral" 5,4 m/san., "cüyür" isə 4m/san. sürətlə hərəkət edir. Hədəfə ayaq üstə bir və ya iki güllə vurmaq lazımdır.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ