cialis

Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı 18 mart 2013-cü il tarixdə  keçirilən müşavirədən sonra muxtar respublikada atıcılıq idman növünün maddi-texniki bazasının formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində görülən mühüm işlərdən biri də atıcılıq üzrə  idman klublarının təsis edilməsi olmuşdur.

"Zəfər" Atıcılıq Klubu "“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 10 may 2019-cu il tarixdə Kəngərli rayonunun Qıvraq qəsəbəsində  təsis edilmişdir. İdman klubu Naxçıvan Muxtar Respublikasında atıcılıq üzrə idman növünü inkişaf etdirmək, idmançıların, məşqçilərin, hakimlərin və muxtar respublikada atıcılıq idmanının inkişafında marağı olan yeniyetmə və gənclərin idmanın bu növü ilə məşğul olmalarına şərait yaratmaq məqsədi ilə yaradılmışdır. 

Klubun statusu, məqsədi, hüquq və vəzifələri, nizamnamə fondu, üzvlərinin hüquq və  vəzifələri, idarə olunması qaydaları klubun nizamnaməsində öz əksini tapmışdır.

Muxtar respublikada atıcılıq üzrə idman yarışlarının keçirilməsinə təşəbbüskarlıq göstərilməsini, təşkil olunan atıcılıq üzrə idman yarışlarında klub üzvlərinin iştirakının  təmin olunmasını, müvafiq yarışlarda yüksək nəticələr göstərən klub üzvlərinin fəaliyyətlərinin stimullaşdırılmasını, atıcılıq idman növünə həvəs göstərənlərə (yerli və xarici vətəndaşlara) ödənişli əsaslarla fərdi və qrup məşqlərinin təşkil olunmasını təmin edən klub atıcılıq üzrə yüksək səviyyəli idmançılar hazırlamaq, mütəxəssislərin ixtisaslarını artırmaq, atıcılıq üzrə muxtar respublikanın yığma komandasına cəlb edilmiş klub üzvlərinin müvafiq çempionatlarda, həmçinin beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etməsi üçün şərait yaratmaq kimi məsələləri də özünün əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirmişdir.


Yabancı Dizi izle, Yabancı Dizi Jigolo İstanbul,Edirne,Tekirdağ